Kreml ümid edir ki, Ermənistanın baş naziri və müdafiə nazirinin Minskdə keçiriləcək sammitdə iştirak etməkdən imtinasına baxmayaraq, bu ölkə KTMT çərçivəsində işini davam etdirəcək.
RF prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Ermənistan lideri və müdafiə nazirinin cümə axşamı Minskdə keçirilməsi planlaşdırılan KTMT sammiti çərçivəsində tədbirlərdə iştirakdan imtina etmələrini şərh etmək xahişinə cavab olaraq deyib: "Sözsüz ki, Ermənistanın bu sammitdə yüksək səviyyədə iştirak etmədiyinə görə təəssüf hissi bildirmək olar. Ümid edirik ki, işçi, ekspert səviyyəsində iştirak olacaq".
«Əlbəttə ki, Ermənistanın təşkilat çərçivəsində işini davam etdirəcəyinə ümid edirik», - Peskov əlavə edib. **