Almaniya hökuməti Ermənistana 84,6 milyon avro həcmində qrant və kredit şəklində yardım göstərəcək.
Ermənistan mətbuatının məlumatına görə, bu yardım orta peşə texniki təhsil sahəsində, habelə bərpa olunan enerji sahəsində yeni proqramların həyata keçirilməsinə yönəldiləcək.
Bundan başqa, Almaniya Qarabağdan Ermənistana köçmüş şəxslərin inteqrasiyası üçün İrəvana ayrıca kömək göstərmək niyyətindədir.
Berlin, həmçinin Ermənistanın enerji müstəqilliyinin möhkəmləndirilməsinə daha çox diqqət ayıracaq. **