Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Ankara digər ölkələrlə birlikdə Yaxın Şərqdə «yeni təhlükəsizlik strukturu»nda qarant rolunu öz üzərinə götürməyə hazırdır. Bu barədə Anadolu agentliyi məlumat verir.
«Türkiyə digər ölkələrlə birlikdə İsrail-Fələstin münaqişəsində mümkün yeni təhlükəsizlik strukturunda həmçinin qarant rolunu üzərinə götürməyə hazırdır», - Türkiyə lideri «İyirmilik Qrupu»nun virtual sammiti zamanı bildirib.
Bununla yanaşı, o qeyd edib ki, «Qəzzada baş verənləri özünümüdafiə hüququ (İsrailin - İF) ilə izah etmək olmaz». «Aydındır ki hərbi cinayətlər, insanlığa qarşı cinayətlər törədilir», - Ərdoğan hesab edir. **