Çərşənbə günü Azərbaycan prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərginin açılışında iştirak edib. Sərgidə yeni yaradılan “AH-12,7” iriçaplı pulemyot təqdim olunub.
Müdafiə sənayesi naziri Vüqar Mustafayev dövlət başçısına məlumat verdi ki, sərgidə nazirliyin müəssisələrində istehsal olunan müxtəlif növ atıcı silahlar, yaxınməsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. olmaqla 88 adda müdafiə təyinatlı məmulat nümayiş etdirilir.
“Əvvəlki sərgilərdən fərqli olaraq bu sərgidə ilk dəfə yeni yaradılan “AH-12,7” iriçaplı pulemyot da təqdim olunur”, - dövlət başçısının saytındakı məlumatda deyilir. **
İnformasiya şöbəsi