Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan çərşənbə günü Ermənistanda akkreditə olunmuş Aİ səfirləri və Aİ nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib. Bu barədə Ermənistan TŞ mətbuat xidmətindən məlumat verilir.
Qriqoryan Ermənistan-Azərbaycan münasibətlərinin sülh yolu ilə həlli ilə bağlı danışıqlar prosesindən danışıb. «Ermənistan Təhlükəsizlik Şurasının katibi səfirlərə “Sülh qovşağı” layihəsini təqdim edib», - məlumatda bildirilir.
Görüşdə həmçinin Ermənistan və Avropa İttifaqı arasında ikitərəfli əməkdaşlığın inkişafı, Avropa Sülh Fondu çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub. **