Çərşənbə günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Hissein Brahim Taha Azərbaycan və İƏT arasında əməkdaşlıq gündəliyi və əlaqələrin perspektivləri, həmçinin regionda vəziyyəti müzakirə ediblər. Bu barədə Azərbaycan XİN-dən məlumat verilir.
“Görüşdə, Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq gündəliyi və əlaqələrin perspektivləri, İƏT-in gələn il keçiriləcək Zirvə Görüşünə və digər yüksək səviyyəli tədbirlərə hazırlıq məsələləri və bu çərçivədə ölkəmizin planları, habelə bölgədə cari vəziyyət müzakirə olunub”, - məlumatda deyilir.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. **
İnformasiya şöbəsi