Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 23-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Noyabrın 23-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8533 manat/1EUR səviyyəsində (noyabrın 22-nə 1.8552 manat/1EUR) müəyyən edilib.
AMB noyabrın 23-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0193 manat/1RUB səviyyəsində saxlayıb.
AMB noyabrın 23-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsini 0.0589 manat/1TRY səviyyəsində (22 noyabr - 0.059 manat/1TRY) müəyyən edib.**
B.Rüstəmbəyov