İsrail Milli Təhlükəsizlik Şurasının rəhbəri Tsaxi Xaneqbi bəyan edib ki, israilli girovların azad edilməsi cümə günündən əvvəl başlamayacaq.
“Girovların azad edilməsi tərəflər arasındakı ilkin razılaşmaya uyğun və cümə günündən əvvəl olmayaraq baş verəcək", - Xaneqbinin İsrailin baş nazirinin dəftərxanası tərəfindən dərc olunan bəyanatında deyilir.
"Girovlarımızın azad edilməsi ilə bağlı danışıqlar daim inkişaf və davam edir”, - o qeyd edib.
Eyni zamanda, “Haaretz” nəşri İsrailin siyasi mənbəyinə istinadən xəbər verir ki, İsrail və HƏMAS arasında atəşkəs razılaşmasının icrası ilə bağlı gecikmə qruplaşmanın hələ azad etmək niyyətində olduğu İsrail vətəndaşlarının siyahısını təqdim etməməsi ilə əlaqədardır.
Nəşrin mənbəyinin sözlərinə görə, həmçinin HƏMAS Qətərlə atəşkəs sazişini indiyədək ratifikasiya etməyib. Ehtimal olunur ki, həmin saziş bütün tərəflərin şərtlərə riayət etməsinə zəmanət verir. **