Fövqəladə Hallar Nazirliyi Bakıda taxta bazarında yanğın baş verməsi faktına görə cinayət işi başlayıb. Bu barədə Baş Prokurorluq və FHN-nin birgə bəyanatında deyilir.
Fakta görə Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə (yanğın təhlükəsizliyi qaydalarını pozma) cinayət işi başlanıb.
Bəyanatda qeyd olunur ki, yanğın nəticəsində bir nəfər - 1962-ci il təvəllüdlü Razi Qasımov vəfat edib.
“Yanğının söndürülməsi üçün hadisə yerinə xüsusi texniki vasitələr və canlı qüvvə cəlb edilib. Yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir. Yanğın söndürüldükdən sonra hadisənin baş vermə səbəbləri və dəymiş ziyanın müəyyənləşdirilməsi üzrə istintaq hərəkətləri həyata keçiriləcək”, - bəyanatda deyilir.
FHN-nin məlumatına görə, hazırda yanğın davam edir. Həmçinin, yanğın nəzarət altına alınıb. **
B.Rüstəmbəyov