2022-ci ildə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətləri arasında ticarət dövriyyəsi $4,5 trilyona çatıb. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev məlumat verib.
“Əgər İƏT üzv dövlətlərin iqtisadi qarşılıqlı fəaliyyətinə nəzərə yetirsək, o zaman ticarət dövriyyəsində artım müşahidə edə bilərik. Belə ki, 2022-ci il ərzində İIT dövlətləri arasında ticarət dövriyyəsi 19% artaraq $4,5 trilyona çatıb”, - Babayev cümə axşamı Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlərinin V konfransında deyib.
Onun sözlərinə görə, 2022-ci ildə İƏT dövlətlərinə sərmayələr $136 milyard təşkil edib, bu da həm insan kapitalı, həm də sosial-iqtisadi istiqamət sahəsində “əməkdaşlığın inkişafının böyük potensialından” xəbər verir. **
X.Nəsirzadə