Azərbaycanda fəaliyyət göstərən bankların xarici öhdəlikləri 2023-cü il oktyabrın 31-nə 2 milyard 328,8 milyon manat təşkil edir ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 32,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Oktyabr ayında bankların xarici öhdəlikləri 1,5% və ya 35,6 milyon manat (sentyabrda +11,3 milyon manat) artıb.
AMB-nin məlumatına görə, oktyabr ayının sonuna Azərbaycan banklarının xalis xarici aktivləri 3 milyard 155,1 milyon manat təşkil edir ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 2 dəfə azdır.
Oktyabrda bankların xalis xarici aktivləri 275,8 milyon manat və ya 9,6% artıb (sentyabrda -158,2 milyon manat).
2022-ci ildə bankların xarici öhdəlikləri 65,7%, xalis xarici aktivləri – 10,7% artıb.
Azərbaycan banklarının xarici öhdəlikləri qeyri-rezidentlərdən cəlb edilən kredit və depozitlərdən, qeyri-rezidentlərdə yerləşdirilən qiymətli kağızlardan formalaşır.
2023-cü il oktyabrın sonuna Azərbaycanda 23 bank fəaliyyət üçün lisenziyaya malikdir.**
R.Əhmədov