Mərkəzi Asiya Şərq və Qərb arasında körpü ola bilər. Macarıstanın xarici işlər naziei Peter Siyarto belə hesab edir.
Siyarto cümə axşamı Bakıda SPECA Rəhbər Şurasının 18-ci iclasında çıxışında vurğulayıb ki, Budapeşt Şərq və Qərbin əməkdaşlığında maraqlıdır, onun sözlərinə görə, buna Mərkəzi Asiya kömək edə bilər.
BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümünün qeyd olunmasına dair BMT Baş Assambleyasının qətnamə layihəsi qəbul edilib.
«Mərkəzi Asiya Şərq və Qərb arasında çox mühüm bir körpü rolunu oynamalıdır», - deyə Siyyarto əlavə edib ki, Macarıstan bu məqsədə nail olmağa yönəlmiş təşəbbüsləri dəstəkləyəcək.
O, həmçinin ildirib ki, Budapeşt BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümü münasibətilə BMT Baş Assambleyasının qətnaməsinin qəbulunu alqışlayır. Sənədin layihəsi Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan tərəfindən irəli sürülüb. **
R.Kərimov