Hazırda Ermənistanın gündəliyində KTMT-dən və ya AİB-dən çıxmaq, eyni zamanda Rusiya hərbi bazasının ölkədən çıxarılması məsələsi yoxdur. Bu barədə Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Safaryan cümə axşamı parlamentdə brifinq zamanı bəyan edib.
«Hazırki mərhələdə, hazırda bizim gündəliyimizdə belə məsələlər yoxdur», - Safaryan jurnalistin müvafiq sualına cavab verib.
O, Ermənistan-Rusiya münasibətlərinə toxunaraq ölkələr arasında iş münasibətlərinin olduğunu qeyd edib.
"Təbii ki, bəzi məsələlərdə fikir ayrılıqları var. Biz onların üzərində işləməyə davam edirik", - Safaryan bildirib. **