Çin Beynəlxalq İqtisadi Əməkdaşlıq Assosiasiyasının nümayəndə heyətinin Bakıya səfəri zamanı Azərbaycanın sənaye parklarında irgə layihələrin icrası məsələləri müzakirə olunub.
“İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) rəhbərliyi ilə görüş zamanı qonaqlara Agentliyin idarəçiliyində olan sənaye parkları, burada sahibkarlar üçün yaradılmış əlverişli biznes imkanları barədə məlumat verilib, Agentliyin təqdimatı nümayiş etdirilib”, - İZİA-dan məlumat verilir.
Tərəflər həmçinin iqtisadiyyat və sənayenin müxtəlif sahələrində qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması, birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.
Çin şirkətlərinə sənaye zonalarında, xüsusilə də işğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parklarında mövcud əlverişli investisiya imkanlarından yararlanmaq təklif olunub. **
B.Rüstəmbəyov