Kreml KTMT sammitində Ermənistan nümayəndələrinin iştirak etməmısindən təəssüflənir və ümid edir ki, bu ölkə xarici siyasətinin vektorunu dəyişmir.
"Biz buna görə təəssüflənə bilərik (sammitdə Ermənistan nümayəndələrinin olmaması ilə əlaqədar - İF). KTMT öz işini davam etdirir. (...) KTMT Ermənistanın iştirakını davam etdirməkdə maraqlıdır. Ümid edirik ki, Ermənistan xarici siyasətinin vektorunu dəyişmir və bizim müttəfiqimiz, tərəfdaşımız olaraq həm ikitərəfli, həm də çoxtərəfli formatlarda qarşılıqlı əlaqə baxımından qalır. Onlarla bundan sonra da danışacağıq”, - Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov “Moskva. Kreml. Putin” proqramının müxbiri Pavel Zarubinə müsahibəsində deyib. Müsahibə Zarubinin Teleqram kanalında yayımlanıb. **