BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramında (SPECA) sədrlik Tacikistana keçib. Bu barədə Azərbaycan İqtisadiyyat Nazirliyindən məlumat verilir.
“SPECA-nın növbəti sədr ölkəsi Tacikistan seçilib”, - nazirlikdən vurğulanır.
SPECA-nın sədr ölkəsi idarəetmə şurası tərəfindən rotasiya əsasında, bir qayda olaraq, bir il müddətinə seçilir.
İqtisadiyyat Nazirliyindən qeyd olunub ki, cümə axşamı Bakıda keçirilən SPECA Rəhbər Şurasının 18-ci iclasında SPECA Rəhbər Şurasının qərarları, İqtisadi Forumunun yekun sənədi, Nizamnaməsinə dəyişikliklər qəbul edilib, Proqramın işçi qruplarının 2024-2025-ci illər üzrə iş planı təsdiq olunub. **
R.Kərimov