SOCAR və Qazaxıstanın “KazMunayGaz” Milli Şirkəti arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var.
“İnterfaks-Azərbaycan” SOCAR-a istinadən xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf ilə “KazMunayGaz”ın İdarə Heyətinin sədri Maqzum Mirzaqaliyev arasında görüş zamanı bəyan edilib.
Qeyd olunub ki, Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı münasibətlər bütün istiqamətlərdə, o cümlədən enerji sahəsində uğurla inkişaf edir.
Cari ilin oktyabr ayında tərəflər arasında imzalanan “yol xəritəsi”nin müxtəlif istiqamətlərdə tərəfdaşlıq əlaqələrinin inkişafına təkan verəcəyinə əminlik ifadə olunub.
Görüş çərçivəsində xam neft və neft-kimya məhsullarının təchizatı, rəqəmsallaşma, neft-qaz sənayesində dayanıqlılıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. **
B.Rüstəmbəyov