İsrail qısa barışıqdan sonra Qəzza zolağında əməliyyatları bərpa edəcək və ən azı iki ay davam edəcək. Bu barədə cümə axşamı İsrailin müdafiə naziri Yoav Qalant bəyan edib.
"Yaxın günlərdə biz ilk dəfə girovların sərbəst buraxılmasının şahidi olacağıq. Döyüşlərdə bu fasilə qısa olacaq", - “The Times of Israel" onun sözlərindən sitat gətirir. Qalantın sözlərinə görə, cümə günü səhər qüvvəyə minəcəyi gözlənilən atəşkəs başa çatdıqdan sonra, İsrail hərbi əməliyyatları «yüksək intensivliklə» bərpa edəcək. Onun sözlərinə görə, bu cür əməliyyatlar «ən azı iki ay ərzində» davam edəcək.
"Döyüşlər davam edəcək, çünki biz tam qələbəyə nail olmalıyıq, həmçinin növbəti girov qruplarının azad edilməsi üçün şərait yaratmalıyıq. Bu, yalnız təzyiq göstərməyə davam etdiyimiz təqdirdə mümkündür", - Qalant əlavə edib. **