Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 24-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Noyabrın 24-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8538 manat/1EUR səviyyəsində (noyabrın 23-nə 1.8533 manat/1EUR) müəyyən edilib.
AMB noyabrın 24-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0192 manat/1RUB (23 noyabr - 0.0193 manat/1EUR) səviyyəsində müəyyən edib.
AMB noyabrın 24-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsini 0.0589 manat/1TRY səviyyəsində saxlayıb.**
R.Kərimov