2023-cü ilin yanvar-oktyabr aylarında əhalinin banklardakı əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 7% - 12 milyard 564,1 milyon manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Oktyabrda əhalinin banklardakı əmanətləri 141,4 milyon manat (azalma “Muğanbank”ın lisenziyasının ləğvi ilə əlaqədardır) azalııb.
Yanvar-oktyabr aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 14% - 8 milyard 141,68 milyon manatadək (bütün əmanətlərin 64,8%-i) artıb.Oktyabr ayında milli valyutada əmanətlərin həcmi 109,8 milyon manat azalıb.
Yanvar-oktyabr aylarında əhalinin xarici valyutada bank əmanətləri 3,9% - 4 milyard 422,39 milyon manatadək və ya bütün əmanətlərin 35,2%-i səviyyəsində artıb (2022-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 39,2% təşkil edib). Oktyabrda əhalinin xarici valyutada bank əmanətləri 31,5 milyon manat azalıb.
Yanvar-oktyabr aylarında rezidentlərin banklardakı əmanətlərinin həcmi 11 milyard 247,08 milyon manat (artım 6,4%), qeyri-rezidentlərin – 1 milyard 316,99 milyon manat (artım 12,2%) təşkil edir.
2023-cü il okyabrın 31-nə banklarda əmanət və depozitlərin həcmi 34 milyard 991,25 milyon manat təşkil edir ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 3,5% azdır.**
X.Nəsirzadə