Azərbaycan prezidenti İlham Əliyev cümə günü Tacikistan Respublikasının prezidenti Emoməli Rəhmon ilə görüşüb. Bu barədə Azərbaycan liderinin saytında məlumat verilir.
Öz növbəsində, Tacikistan prezidentinin mətbuat xidmətinin məlumatına görə, görüşdə dövlət başçısı iki ölkə arasında səmərəli və uğurlu əlaqələri qeyd ediblər.
Görüş zamanı Rəhmon ölkələr arasında bütün səviyyələrdə etibarlı münasibətlərə yüksək qiymət verib. Xüsusilə, cari ilin beynəlxalq münasibətlər sistemində böhran meyllərinə baxmayaraq, Azərbaycan ilə Tacikistan arasındakı ikitərəfli əlaqələr üçün çox səmərəli olduğu vurğulanıb.
Bu ilin vacib hadisələrindən biri Əliyevin Tacikistana dövlət səfəri olub və yekunlarına əsasən, tərəflər arasında mühüm hökumətlərarası və idarələrarası sənədlər paketi imzalanıb.
Əldə olunan razılaşmaların icrası üçün Tacikistan hökuməti reallaşdırılması üzrə Tədbirlər Planı qəbul edib.
"Görüş zamanı regional və beynəlxalq xarakterli həlli tələb olunan məsələlərə də toxunulub. Bununla əlaqədar, Rəhmon qeyd edib ki, Tacikistan Cənubi Qafqazı sabit və çiçəklənən bölgə kimi görmək istəyir. Bundan əlavə, Rəhmon Azərbaycanın SPECA proqramının təbliğinə verdiyi töhfəni yüksək qiymətləndirib", - məlumatda vurğulanır. **
B.Rüstəmbəyov