Bakıda Azərbaycan prezidenti İlham Əliyev və Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev arasında danışıqlar baş tutub. Bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat verir.
«Görüş zamanı dövlət başçıları Xəzərdənizinindibi ilə fiber-optik kabel xəttinin çəkilməsi, Azərbaycan ərazisindən Qazaxıstan neftinin tədarükünün artırılması, Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafı, habelə enerji və bərpa olunan enerji mənbələri sahəsində perspektivli layihələrin həyata keçirilməsi kimi vacib sahələrdə birgə layihələrin rəallaşdırılması imkanlarını müzakirə ediblər», - Qazaxıştan prezidentinin mətbuat xidməti məlumat verir.
Daha əvvəl Astana neft ixracı marşrutlarının şaxələndirilməsi məqsədilə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə tədarükə başlayıb. SOCAR və «KazMunayGaz» bu magistral vasitəsilə ildə 1,5 milyon ton Qazaxıstan neftinin daşınması haqqında müqavilə imzalayıb. İxrac 2023-cü ilin aprelində başlayıb. **