Azərbaycan prezidenti İlham Əliyev məlumat verib ki, Füzuli şəhərində Kurmanqazı adına yaradıcılıq mərkəzi 2024-cü ildə açılacaq.
“Qazaxıstanın hədiyyəsi - Kurmanqazı adına yaradıcılıq mərkəzi hazırda Füzulidə inşa edilir və gələn il açılacaq”, .Əliyev cümə günü BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündə çıxışında deyib.
O, həmçinin qeyd edib ki, cari ilin avqust ayında Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin açılışı olub. Prezident dəstəyə görə Özbəkistan və Qazaxıstan dövlət başçılarına təşəkkür edib.
Dövlət başçısı bildirib ki, “işğaldan azad olunmuş ərazilərdə (Qarabağ və Şərqi Zəngəzurda - İF) genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir, sıfırdan yeni şəhərlər və kəndlər inşa edirik”.
Onun sözlərinə görə, ilkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. “Keçmiş məcburi köçkünlər “Böyük Qayıdış” Proqramı çərçivəsində öz dədə-baba yurdlarına qayıdırlar. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq”, - Əliyev bəyan edib.
Xəbər verildiyi kimi, Qazaxıstan tərəfindən və onun vəsaiti hesabın ainşa olunacaq Kurmanqazı adına uşaq yaradıcılıq mərkəzinin təməli cari ilin mart ayında qoyulub. Layihə Qazaxıstanın “BI Group” Holqindi tərəfindən icra olunur. **
R.Kərimov