Azərbaycan prezidenti İlham Əliyev cümə günü Qırğızıstan prezidenti Sadır Japarov ilə görüşüb. Bu barədə Azərbaycan liderinin saytında məlumat veriir.
Görüş zamanı Əliyev ikitərəfi münasibətlərin dinamikasını müsbət qeyd edib, həmçinin həmkarı ilə əmtəə dövriyyəsinin artırılması, invesisiya siyasəti kimi mühüm məsələləri müzakirə etmək niyyətində olduğunu bildirib.
“Münasibətlərimizin dinamikası ölkələrimizin və xalqlarımızın bir-birinə necə yaxın olduqlarını əyani şəkildə göstərir. (...) Bu gün əmtəə dövriyyəsinin artırılması, investisiya siyasəti, ölkələrimizin daha da yaxınlaşması ilə əlaqədar mühüm məsələləri həll edirik. (...) Bu gün nümayəndə heyətlərinin iştirakı ilə il ərzində görülən işlərə bir daha yekun vuracağıq, il başa çatır, növbəti gələcək addımları müəyyən edəcəyik», - Əliyev vurğulayıb.
Öz növbəsində, Japarov qeyd edib ki, Bişkek Bakı ilə dostluq münasibətlərinə və qarşılıqlı dəstəyə dəyər verir. O, Azərbaycanı strateji tərəfdaş adlandıraraq iki ölkə arasında əməkdaşlığın aktual məsələlərini konstruktiv şəkildə müzakirəsinə əminlik ifadə edib.
Həmçinin, Japarov qeyd edib ki, yüksək səviyyədə dinamik şəkildə möhkəmlənən və genişlənən əlaqələr parlamentlər, hökumətlər və sahə nazirlikləri arasında fəal qarşılıqlı fəaliyyətə şərait yaradıb.
“Söhbət zamanı ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin inkişafı və birbaşa aviareyslərin təşkil olunması müsbət addım kimi qeyd edildi. Azərbaycan-Qırğızıstan İnvestisiya Fondunun yaradılmasının önəmi vurğulandı, bunun birgə iqtisadi layihələrin inkişafı üçün əlverişli imkanlar yaradacağı bildirildi. Həmçinin ölkələrimiz arasında mədəni, humanitar əlaqələrin inkişaf etdirilməsi barədə də fikir mübadiləsi aparıldı”, - məlumatda deyilir. **
X.Nəsirzadə