Azərbaycan Dövlət Neft Fondu (ARDNF) əməkdaşlarının könüllü tibbi sığortalanmasına 129,6 min manat yönəldəcək.
“İnterfaks-Azərbaycan” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, ARDNF əməkdaşlarının KTS üzrə sığortaçısı qismində yenidən "Atasığorta" ASC-ni seçib. Şirkət son il ərzində Fonda analoji xidmətlər göstərib.
KTS üzrə xidmətlər 12 ay müddətinə nəzərdə tutulacaq.
“AtaSığorta” şirkəti 2004-cü ilin sentyabr ayında fəaliyyət üçün lisenziya alıb. Şirkətin yeganə səhmdarı “AtaHolding”dir.
1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.**
X.Nəsirzadə