Ermənistanın baş naziri Nikol Paşinyan cümə günü Almaniya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Bruno Kalem ilə görüşdə bölgədəki vəziyyəti müzakirə edib. Bu barədə Ermənistan baş nazirinin mətbuat xidməti məlumat verib.
"Tərəflər Ermənistan və Almaniya arasında sahə əməkdaşlığı ilə bağlı məsələləri müzakirə ediblər. Həmçinin, bölgədə baş verən proseslər barədə fikir mübadiləsi aparılıb", - məlumatda bildirilir. **