RF İqtisadi İnkişaf Nazirliyinin və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri qarşılıqlı turizmin inkişafı sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər, tərəflər turizm sahəsində investisiya layihələri üzrə yol xəritəsinin hazırlanmasına dair razılığa gəliblər. Bu barədə RF İİN-nin mətbuat xidməti məlumat verir.
"Ankarada Rusiya-Türkiyə Turizm İşçi Qrupunun növbəti, 13 iclası keçirilib. Görüş zamanı yüksək turizm mövsümünün yekunları qeyd olunub”, - məlumatda deyilir.
Görüşdə Rusiya nümayəndə heyətinin rəhbəri, iqtisadi inkişaf nazirinin müavini Vladimir İliçevin vurğuladığı kimi, "Türkiyə istiqamətini həm qiymət, həm də nəqliyyat nöqteyi nəzərindən Rusiyadan gələn turistlər üçün əlçatan etmək lazımdır”.
RF İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən bildirilir ki, Türkiyə tərəfi rusiyalı turistlər üçün maksimum rahat şərait yaratmaq üçün işləri davam etdirməyə hazır olduğunu bildirib. Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan artıq Türkiyə vətəndaşlarının ölkəyə cəlb olunmasını stimullaşdıran Rusiyada vahid elektron viza mexanizminin tətbiqinə görə Rusiya nümayəndə heyətinə təşəkkür edib.
“Tərəflər investisiya layihələri üzrə birgə yol xəritəsi hazırlamaq və onu 2024-cü ildə Rusiyada işçi qrupunun növbəti iclasında təqdim etmək barədə razılığa gəliblər", - RF İqtisadi İnkişaf Nazirliyindən qeyd edilir. **