HƏMAS əldə olunmuş razılaşmaya uyğun olaraq şənbə günü azad edilməli olan girovların ikinci qrupunun siyahısını İsrailə təqdim edib. Bu barədə İsrail mətbuatı xəbər verir.
Siyahıya 8-i uşaq olmaqla 13 nəfər daxildir. Onların yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə saat 18:00-da) azad ediləcəyi gözlənilir.
İsrail ümid edir ki, HƏMAS razılaşmanın şərtlərinə uyğun olaraq dördgünlük atəşkəs ərzində azad edilməli olan 50 nəfərdən əlavə, daha 30-20 uşaq və qadını da azad edəcək.
Xəbər verildiyi kimi, ötən gün israilli girovların birinci qrupu və 13 nəfər İsrailə təhvil verilib.
Bundan başqa, İsrail Xarici İşlər Nazirliyinin məlumatına görə, 10 Tailand və 1 Filippin vətəndaşı azad edilib.
Yaxın Şərq KİV-i Qətər Xarici İşlər Nazirliyinə istinadən bildirir ki, İsrail cümə günü 39 fələstinli qadın və uşağı azad edib.*