Gələn il Şuşada “ASAN xidmət” Mərkəzi fəaliyyətə başlayacaq. Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, azad olunmuş digər ərazilərdə də “ASAN xidmət” mərkəzlərinin mərhələli şəkildə açılması nəzərdə tutulur.*
V.Əliyev