İsrailin Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) HƏMAS-ın hücum planları barədə bir il əvvəldən məlumatlı olub, lakin İsrail təhlükəyə lazımi şəkildə hazırlaşmayıb. Bu barədə “Haaretz” nəşri ölkənin Müdafiə Nazirliyindəki mənbələrə istinadən yazır.
Qeyd olunur ki, hərbi kəşfiyyatın əldə etdiyi plan kifayət qədər müfəssəl olub.
“İsrail təhlükəyə lazımi səviyyədə hazırlaşmayıb və görünür, HƏMAS-ın Qəzza zolağındakı lideri Yəhya Sinvarın bu planı həyata keçirmək niyyətində olduğuna inanmayıb”, - deyə Müdafiə Nazirliyindən bildirilib.
Oktyabrın 30-da ABŞ Netanyahunun münaqişənin kəskinləşməsi ilə bağlı ŞABAK-ın xəbərdarlıqlarına məhəl qoymadığını bildirmişdi.
Eyni zamanda, noyabrın 7-də “The Guardian” İsrailə hücum planının son ana qədər HƏMAS tərəfdarlarının əksəriyyətinə məlum olmadığını və yalnız oktyabrın 7-də səhər açıqlandığını yazmışdı.*
V.Əliyev