İsrailli iş adamına məxsus gəminin Hind okeanında PUA hücumuna məruz qalması nəticəsində yanğın baş verib, ekipaj üzvləri arasında itki yoxdur. Bu barədə Qərb və Yaxın Şərq KİV-ləri məlumat yayıb.
“Associated Press” agentliyi ABŞ Müdafiə Nazirliyindəki məlumatlı mənbəyə istinadən xəbər verir ki, insident ötən gün baş verib. “CMA CGM Symi” konteyner daşıyan gəmisi beynəlxalq sularda PUA hücumuna məruz qalıb. Dron partlayıb və gəmiyə ziyan dəyib. Amerikalı hərbçilər hücumun arxasında İranın dayandığını iddia etsələr də, bu qənaətə hansı məlumatlar əsasında gəldiklərini açıqlamırlar.
Malta bayrağı altında üzən gəmi Sinqapurda qeydiyyatdan keçmiş və israilli iş adamı İdan Oferin nəzarətində olan “Eastern Pacific Shipping” şirkətinə məxsusdur.*