İsrail məhbusların azad edilməsi ilə bağlı razılaşmanın şərtlərinə əməl etməməkdə ittiham edilib. CNN telekanalı xəbər verir ki, bunu Fələstinli Məhbusların İşləri üzrə Komitənin rəhbəri Kadura Fares deyib.
Onun sözlərinə görə, azad edilməli olan fələstinli məhbusların adlarının olduğu siyahı ilə bağlı mümkün böhranın əlamətləri var.
“İsrail razılaşmada müəyyənləşdirilmiş üstünlük meyarına əməl etmir”, - deyə Fares bildirib.
O dəqiqləşdirib ki, İsrail məhbusları həbsxanada qalma müddətinə görə azad etmir.*
V.Əliyev