HƏMAS girovların azad edilməsində gecikməyə səbəb olan problemlərin həlli üçün səy göstərir. “The Times of Israel” xəbər verir ki, bunu HƏMAS-ın beynəlxalq məsələlər üzrə nümayəndəsi Usamə Həmdan deyib.
“İsraillə əsirlərin mübadiləsi ilə bağlı razılaşmaya dair məsələlərin həlli üçün səylər göstərilir”, - deyə o bildirib.
Həmdan əlavə edib ki, İsrail cümə günü Qəzza zolağının şimal hissəsinə getməyə çalışan dinc fələstinlilərə hücum edərək razılaşmanı pozub.
Bundan başqa, HƏMAS nümayəndəsinin sözlərinə görə, İsrail tərəfi humanitar yardım aparan avtomobil karvanlarının anklava daxil olması ilə bağlı şərtləri də pozub.*