ABŞ müdafiə naziri Lloyd Ostin israilli həmkarı Yoav Qalantla telefon danışığı zamanı İsrail və HƏMAS arasında başlanmış girov və məhbus mübadiləsi prosesini alqışlayıb, həmçinin Qəzza zolağına humanitar yardımın artırılmasının vacibliyini bəayn edib. Bu barədə Pentaqon xəbər verir.
Pentaqonun rəhbəri qeyd edib ki, həmçinin anklavın hər yerində mülki əhalinin yardım alması üçün təhlükəsiz rayonlar ayrılmalıdır.
Bununla yanaşı, amerikalı naziri «İsrailin özünü terrorizmdən qorumaq hüququna sarsılmaz dəstəyini vurğulayıb və girovların azad edilməsi zamanı İsrail Müdafiə Ordusunun Qəzzada əməliyyat fasiləsi ilə bağlı yenilənmiş məlumat əldə edib».
Bundan əlavə, Ostin ABŞ-ın Qəzzadakı münaqişənin Livana yayılmasının qarşısını almaqda maraqlı olduğunu təsdiqləyib.
ABŞ müdafiə naziri həmçinin Qalanta «ABŞ-ın Yaxın Şərqdə öz qüvvələrini və maraqlarını qorumaq səylərinə dair yenilənmiş məlumat» təqdim edib. **