Kreml ümid edir ki, Ermənistan KTMT-nin işində «genişləndirilmiş iştiraka» qayıdacaq. Bu barədə RF prezidentinin mətuat katibi Dmitri Peskov bəyan edib.
"Ermənistanın mövqeyi var, hansı ki, yaxşı məlumdur. Biz hər şeydə razılaşa bilmərik, çünki KTMT öz tələbatını qoruyur. Bütün ölkələr bu blokun daha da möhkəmləndirilməsinin və inkişafının zəruriliyində həmrəydir. Bu səbəbdən ümid edirik ki, biz də bu yolla irəliləyəcəyik və ümid edirik ki, erməni dostlarımız da zaman keçdikcə təşkilatda genişləndirilmiş iştirakın xeyrinə öz yanaşmalarını bərpa edəcəklər”, - Peskov “Moskva. Kreml. Putin” proqramının müəllifi Pavel Zarubinə müsahibəsində bildirib. Müsahibədən bir hissə «Həftənin xəbərləri» (“Vesti nedeli”) proqramında nümayiş olunub. **