Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Azərbaycana səfərə gəlib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi “Х” səhifəsində məlumat verir.
Türkiyənin müdafiə nazirini Heydər Əliyev Beynəlxalq Aeroportunda azərbaycanlı həmkarı Zakir Həsənov qarşılayıb.
Məlumata əsasən, Gülər Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin toplantısında iştirak edəcək. **
V.Əliyev