İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağına gələrək İsrail Müdafiə Ordusunun (İMO) hərbçiləri ilə söhbət edib.
"Mən buradayam və buradakı dostlarıma, mənə eyni sözləri deyən döyüşçülərə, İsrail vətəndaşları, sizlərə bu sözləri təkrar edirəm: biz sonuna qədər, qələbəyə qədər davam edəcəyik. Bizi heç nə dayandırmayacaq, biz əminik ki, müharibənin bütün hədəflərinə çatmaq üçün gücümüz, iradəmiz və qətiyyətimiz var və bunu edəcəyik", - “Times of Israel” nəşri Israilin baş nazirinin sözlərindən sitat gətirir.
Netanyahu bəyan edib ki, İsrailin müharibədə üç məqsədi var: «HƏMAS»-ı ləğv etmək, bütün girovları geri qaytarmaq və Qəzzanın yenidən İsrail üçün təhlükə olmayacağına zəmanət vermək.**
İnformasiya şöbəsi