2022-ci il yanvarın 24-dən 2023-cü ilin noyabr ayına qədər Şuşa və Ağdam şəhərlərinə 647 müntəzəm avtobus reysi həyata keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
“Bu günədək 26530 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib”, – deyə məlumatda bildirilir.
AYNA-nın işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə dekabr ayına olan biletlər 28 noyabr 2023-cü il tarixində saat 11:00-da satışa çıxarılacaq.*
R.Əhmədov