Azərbaycan 2023-cü ilin yanvar-sentyabr aylarının yekunları üzrə Avropa İttifaqına (Aİ) boru kəməri qazının beşinci ən iri tədarükçüsü olub.
“İnterfaks-Azərbaycan” agentliyinin Aİ-nin Statistika İdarəsinin (Avrostat) məlumatı əsasında apardığı hesablamalara görə, 9 ayın yekunları üzrə ilk beşlikdə aşağıdakı ölkələr yer alıb: Əlcəzair - 10,723 milyard avro məbləğində (azalma 8,6%) 831,673 min teracoul (azalma 4%), Norveç - 12,146 milyard avro məbləğində (azalma 28,6%) 717,920 min teracoul (artım 4,4%), Böyük Britaniya - 9,779 milyard avro məbləğində (azalma 1,8 dəfə) 641,134 min teracoul (artım 10,2%), Rusiya - 6,289 milyard avro məbləğində (azalma 4 dəfə) 455,945 min teracoul (azalma 2,2 dəfə) və Azərbaycan - 4,568 milyard avro məbləğində (azalma 2,5 dəfə) 364,157 min teracoul (artım 4,3%).
Avrostatın məlumatına görə, 2022-ci ildə Aİ ölkələri – İtaliya, Yunanıstan və Bolqarıstan Azərbaycandan 15,599 milyard avro dəyərində (il ərzində artım 4 dəfə) təbii qaz idxal edib.
2022-ci ildə Azərbaycan qaz ixracını 18% - 22,3 milyard kubmetrə qədər artırıb, Avropaya 11,4 milyard kubmetr qaz (+39%) ixrac edilib.
2023-cü ildə Azərbaycandan qaz ixracı 24,5 milyard kubmetr həcmində planlaşdırılır, bunun 12 milyard kubmetrdən çoxu Avropaya (İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya və Macarıstan) nəql olunacaq.*
R.Kərimov