Dünya Bankı (DB) 2025-ci ildə Xəzər dənizi ilə bağlı tədqiqatları başa çatdırmağı planlaşdırır.
DB-dən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, bank 2023-cü ildə Xəzər dənizinin səviyyəsinin proqnozlaşdırılmasına yeni yanaşmanın təklif edilməsinə yönəlmiş tədqiqatlara başlayıb.
“DB-nin tədqiqatları çərçivəsində ilk nəticələrin 2024-cü ilin ortalarında əldə olunacağı və işlərin 2025-ci ilin əvvəlində başa çatacağı gözlənilir”, - deyə bankdan qeyd olunub.
Dünya Bankının məlumatına görə, 2023-cü ildə Xəzər dənizinin səviyyəsi son dərəcə aşağı düşüb (-29 metr) və suyun səviyyəsinin azalması Aktau (Qazaxıstan) və Bakı (Azərbaycan) limanlarının fəaliyyətinə mənfi təsir göstərəcək.*
Xəbərlər şöbəsi