NATO-nun baş katibi Yens Stoltenberq İsrail və HƏMAS arasında Qəzza zolağında humanitar fasilənin uzadılmasının vacibliyini bəyan edib.
“Mən fasiləni uzatmağa çağırıram. Bu, Qəzza əhalisinin ehtiyacı olduğu yardımın göstərilməsinə və daha çox girovun azad edilməsinə imkan verəcək”, - deyə o, Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
NATO-nun baş katibi qeyd edib ki, Qəzza zolağında münaqişənin həlli üçün uzunmüddətli siyasi həll yolu axtarmaq lazımdır.
Ötən gün HƏMAS İsraillə atəşkəsi uzatmaq istədiyini bildirib. Tərəflər razılaşmanın müddətinin uzadılması ilə bağlı danışıqlar aparırlar.
Bazar ertəsi İsraillə HƏMAS arasında dördgünlük atəşkəs başa çatır. Fasilənin uzadıla biləcəyi istisna edilmir.*