Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan 92,072 min ton karbamid idxal edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,5 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Aİ-nin Statistika İdarəsinin (Avrostat) materiallarına istinadən xəbər verir.
Hesabat dövründə tədarükün dəyəri 43,5% - 35,706 milyon avroya qədər artıb.
Yanvar-sentyabr aylarında karbamid idxalçılarının ilk beşliyində Rumıniya (23,156 milyon avro dəyərində (azalma 5,4%) 62,177 min ton (artım 66,3%), İtaliya (7,835 milyon avro dəyərində 19,44 min ton (bir il əvvəl tədarük həyata keçirilməyib), Yunanıstan (2,818 milyon avro dəyərində 5,5 min ton (bir il əvvəl tədarük həyata keçirilməyib), Sloveniya (1,811 milyon avro dəyərində 4,753 min ton (bir il əvvəl tədarük həyata keçirilməyib) və Polşa (0,071 milyon avro dəyərində 0,18 min ton) yer alıb.
Statistik məlumatlara görə, 2023-cü ilin sentyabr ayında Azərbaycan Aİ ölkələrinə 2,396 milyon avro dəyərində (azalma 5,4 dəfə) 5,892 min ton karbamid (azalma 3,1 dəfə) ixrac edib. İxracın bütün həcmi Rumıniyanın payına düşüb.
Avrostatın məlumatına görə, 2022-ci ildə Aİ ölkələri Azərbaycandan 53,784 milyon avro dəyərində (artım 74,2%) 78,651 min ton karbamid (2021-ci illə müqayisədə artım 31,9%) idxal edib.
Azərbaycanda mineral gübrə istehsalı ilə SOCAR Carbamide Plant məşğul olur.
SOCAR Carbamide Plant 2019-cu il yanvarın 16-da istismara verilib, iyunda müəssisə karbamid ixracına başlayıb. Müəssisə ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarətdir, gündəlik istehsal gücü 1,2 min ton ammonyak və 2 min ton karbamid təşkil edir.
Zavodun tikintisinin ümumi dəyəri 780 milyon avro təşkil edib. Bu məbləğdən 500 milyon avro borc vəsaitin payına düşüb.*
R.Kərimov