ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı Bakının Ermənistanla sülh sazişi bağlamaq səylərini dəstəkləyib. Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
“Blinken Azərbaycan və Ermənistan arasında möhkəm və layiqli sülh sazişinin bağlanmasına sadiqliyinə görə Prezident İlham Əliyevə təşəkkür edib”, - deyə məlumatda bildirilir.
O, Əliyevlə söhbət zamanı iki ölkə arasında möhkəm münasibətlərin olduğunu vurğulayıb, eləcə də əməkdaşlığın gücləndirilməsi imkanlarından və yüksək səviyyədə qarşılıqlı fəaliyyətin vacibliyindən danışıb.
Blinken Ermənistanın baş naziri Nikol Paşinyanla da telefon danışığı aparıb. Tərəflər Ermənistanla Azərbaycan arasında möhkəm və layiqli sülh sazişinə nail olunması səylərinə ABŞ-ın dəstəyini müzakirə ediblər”, - deyə məlumatda qeyd olunur.*
Xəbərlər şöbəsi