Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 28-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Noyabrın 28-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8621 manat/1EUR səviyyəsində (noyabrın 27-nə 1.8610 manat/1EUR) müəyyən edilib.
AMB noyabrın 28-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0192 manat/1RUB səviyyəsində (noyabrın 27-nə 0.0191/1RUB) müəyyən edib.
AMB noyabrın 28-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsini 0.0588 manat/1TRY səviyyəsində saxlayıb.*
B.Rüstəmbəyov