Belarusun xarici işlər naziri Sergey Aleynik Azərbaycanın bu ölkədəki səfiri Ülvi Baxşəliyevi diplomatik missiyasının başa çatması ilə əlaqədar qəbul edib. Bu barədə Belarus Xarici İşlər Nazirliyindən məlumat verilib.
“Görüşdə tərəflər Azərbaycan-Belarus münasibətlərinin vəziyyətini və perspektivlərini müzakirə ediblər, o cümlədən çoxşaxəli qarşılıqlı fəaliyyəti daha da dərinləşdirməyə hazır olduqlarını təsdiqləyiblər”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, görüşdə Azərbaycan və Belarus arasında əməkdaşlığın inkişafı üçün yol xəritəsinin hazırlanması məsələlərinə xüsusi diqqət yetirilib.
Aleynik Belarus-Azərbaycan münasibətlərinin inkişafına verdiyi şəxsi töhfəyə, siyasi dialoqun intensivləşdirilməsi və ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi səylərinə görə Baxşəliyevə təşəkkürünü bildirib.*
R.Kərimov