“Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi” (DİM) publik hüquqi şəxs əməkdaşların könüllü tibbi sığortası üçün “Meqa Sığorta” ASC-ni cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyi dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, şirkətlə 182,24 min manat məbləğində müqavilə bağlanıb.
Şərtlərə görə, könüllü tibbi sığorta xidmətləri DİM-in 680 əməkdaşını və 12 aylıq müddəti əhatə edəcək.*
X.Nəsirzadə