Ermənistan Avrasiya İqtisadi İttifaqının (Aİİ) dekabrda Sankt-Peterburqda keçiriləcək sammitində iştirak etməlidir, çünki Aİİ-yə sədrlik ona keçir. Bunu ölkə parlamentinin spikeri Alen Simonyan deyib.
“Biz Aİİ-yə sədrlik edən ölkə oluruq”, - deyə o, bu gün jurnalistlərə bildirib. Spiker əlavə edib ki, baş nazir Nikol Paşinyanın iclasda iştirakı ilə bağlı hələ qərar verilməyib.
Simonyan hesab edir ki, Ermənistan iclasda iştirak etməlidir.
“Hazırda bu, bizim iqtisadi sahəmizdir”, - deyə o qeyd edib.*