İcbari Tibbi Sığorta Agentliyi Laçın Rayon Mərkəzi Xəstəxanasının müvəqqəti yerləşdirilməsi üçün Laçın şəhərində yerləşən binanın əsaslı təmiri işlərinə “Caspian Road” MMC-ni cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyi dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, şirkətlə 3 milyon 96,992 min manat məbləğində müqavilə bağlanıb.
Müqavilənin şərtlərinə görə, əsaslı təmir işləri 30 aprel 2024-cü il tarixinədək həyata keçirilməlidir.*
X.Nəsirzadə