NATO ölkələri Ukraynanın Şimali Atlantika Alyansına üzvlük planlarını dəstəkləyir. Bunu təşkilatın baş katibi Yens Stoltenberq deyib.
“Müttəfiqlər Ukraynanı NATO-ya gedən yolda dəstəkləməkdə qərarlı olduqlarını təsdiqləyib və sarsılmaz dəstəklərini ifadə ediblər”, – deyə baş katib blokun xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasının birinci gününün yekunları üzrə mətbuat konfransında bildirib.
O əlavə edib ki, bununla da NATO Rusiyaya “dəstəyimizin zəifləməyəcəyini göstərir”.*