İsrailin baş naziri Benyamin Netanyahunun ofisi HƏMAS-ın bu gün azad etməyi planlaşdırdığı israilli girovların siyahısını aldığını təsdiqləyib. Bu barədə “Times of Israel” nəşri məlumat yayıb.
Məlumatda bildirilir ki, azad ediləcək girovların ailələri artıq məlumatlandırılıb.
Bu, İsrail və HƏMAS arasında atəşkəsin əldə olunduğu vaxtdan bəri azad ediləcək altıncı girov qrupudur. Əvvəlcə atəşkəs dördgünlük müddəti əhatə etsə də, sonradan daha iki gün uzadılıb.
Nəşr xatırladır ki, razılaşmanın şərtlərinə görə, atəşkəs rejimi daha bir neçə gün – ilk dörd gün də daxil olmaqla ümumilikdə 10 günə qədər uzadıla bilər. HƏMAS bunun üçün hər gün ən azı 10 girov, İsrail isə hər girov müqabilində üç fələstinli məhbusu azad etməlidir.*